Bütün xəbərlər
CAS iki rus biatlonçunun müraciətini rədd edib
Tarix: 09-09-2024 22:00 | Bölmə: Digər

Rusiyalı biatlonçular Yevgeni Ustyuqov və Svetlana Sleptsovanın müraciəti rədd edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı İdman Arbitraj Məhkəməsi CAS verib.
Beləliklə, Ustyugov və Sleptsovanın 2013-cü ildən bəri bütün idman nailiyyətləri ləğv edilir. Bu, Olimpiya Oyunlarında qazanılan medallara da aiddir.
Xatırladaq ki, Rusiya biatlon komandası 2014-cü ildə Soçidə keçirilən Olimpiya Oyunlarında estafetdə birinci yeri tutub. İndi bu mükafat rusların əlindən alınacaq.
Soçidə keçirilən oyunların ümumi medal sıralamasında Rusiya birinci yeri itirəcək, onun yerini 11 qızıl, 5 gümüş və 11 bürünc mükafat alan Norveç tutacaq.
Beynəlxalq Olimpiya Komitəsi Rusiya bobsledçilərinin qızıl medallarını da əlindən alıb.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər