Bütün xəbərlər
Kuril adaları yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib
Tarix: 31-07-2024 07:28 | Bölmə: Digər

Yeraltı təkanlar Kuril adaları yaxınlığında qeydə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sakit okeanda Kuril adaları yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. “İnterfaks” bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsinin məlumatına istinadən xəbər verir.
Zəlzələnin episentrinin Matua adasından 143 km şərqdə, 58 km dərinlikdə olduğu dəqiqləşib.
Eyni zamanda, Kuril adalarının yaşayış məntəqələrində seysmik hadisə hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib.
Bundan əvvəl Kuril adaları yaxınlığında 4,5 bal gücündə iki zəlzələ baş verib.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər