14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Olimpiya çempionu heyvanlara qarşı amansızlığa görə 2024-cü il Oyunlarından kənarlaşdırılıb
Tarix: 24-07-2024 17:10 | Bölmə: Digər

Beynəlxalq Atçılıq Federasiyası (FEI) britaniyalı atlet və üçqat olimpiya çempionu Şarlotta Düjardini himayəsində olan bütün yarışlardan kənarlaşdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bu qərar Dujardini 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakdan məhrum edir", - FEI mətbuat xidməti yazır.
Qadağaya səbəb heyvanlara qarşı amansızlıqdır. FEI bildirir ki, idmançının atlar rifahı prinsiplərinə zidd davranışlar göstərməsinin videosunu əldə edib.
KİV-in məlumatına görə, videoda Dujardin bir dəqiqə ərzində atı 20 dəfədən çox qamçı ilə vurub. Ehtimallara görə, kadrlar bir neçə il əvvəl məşq zamanı lentə alınıb.
Beynəlxalq Atçılıq Federasiyası üçqat olimpiya çempionunun davranışını pisləyib və araşdırmaya başlayıb.
Proses zamanı Dujardin videoda təsvir edilənin özünün olduğunu təsdiqləyib və həmçinin davranışının yersiz olduğunu etiraf edib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər