14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Mario Fernandes "Zenit"dən ayrılacaq
Tarix: 23-07-2024 16:44 | Bölmə: Digər

Rusiya millisinin sabiq müdafiəçisi Mario Fernandes yaxın vaxtlarda Sankt-Peterburqun "Zenit" futbol klubunu tərk edəcək, bu barədə idmançının agenti Xorxe Maçado bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Mario "Zenit"də qalmayacaq", - deyə, Maçada sitat gətirir: "Bizim onun karyerasını davam etdirmək üçün bir neçə variantımız var, biz onları öyrənirik".
Fernandes 2023-cü ilin yayında "Zenit"in futbolçusu oldu. Sankt-Peterburq komandasının tərkibində Mario bütün turnirlərdə 18 oyunda iştirak edib.
Müdafiəçinin sonuncu dəfə 2021-ci ilin sentyabrında çıxış etdiyi Rusiya millisində də 33 oyun və 5 qolu var.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər