14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Peruda avtobusun 200 metr hündürlükdən aşması nəticəsində 9 nəfər ölüb
Tarix: 23-07-2024 10:02 | Bölmə: Digər

Peruda orkestr musiqiçilərini daşıyan avtobus 200 metr hündürlükdən yıxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Perunun Tarma əyalətində avtobusun 200 metr hündürlükdən dərəyə düşməsi nəticəsində azı 9 nəfər ölüb. Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, avtobusda xalq orkestrinin musiqiçiləri olub. Avtobusda ümumilikdə 20 nəfər olub.
İlkin məlumata görə, avtobus sürücüsü digər avtomobillə toqquşmaqdan yayınmağa çalışsa da, idarəetməni itirərək avtobus hündürlükdən yıxılıb.
Bundan əvvəl Perunun cənubunda avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər