Bütün xəbərlər
Güləş üzrə dünya çempionu gürcüstanlı Tsurtsumiya 27 yaşında vəfat edib
Tarix: 04-07-2024 11:44 | Bölmə: Digər

Yunan-Roma güləşi üzrə dünya çempionu, gürcü idmançı Nuqzar Tsurtsumia 27 yaşında vəfat edib, Gürcüstan Milli Güləş Federasiyası məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu gün bizə bəd xəbər gəlib”, - deyə, federasiyanın açıqlamasında bildirilir.
Öz növbəsində “Georgia Online” güləşçinin iyulun 3-də ölkənin şimal-qərbindəki Xobidəki evində ölü tapıldığını bildirib. Ölümün səbəbi barədə məlumat verilmir.
Rusiya Güləş Federasiyası “VKontakte” sosial şəbəkəsindəki səhifəsində Tsurtsumiyanın vəfatı ilə əlaqədar Gürcüstan Federasiyasına, idmançının ailəsinə və dostlarına başsağlığı verib.
Nuqzar Tsurtsumiya 2019-cu ildə Nur-Sultanda (indiki Astana) keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, həmçinin dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər