Bütün xəbərlər
“Axmat” yoldaşlıq görüşündə “Dinamo”nu darmadağın edib
Tarix: 30-06-2024 22:24 | Bölmə: Digər

Qroznı “Axmat”ı Moskva “Dinamo”su ilə yoldaşlıq görüşündə qalib gəlib – 3:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Moskva yaxınlığındakı Ximkidə baş tutub.
Qaliblər 41 və 65-ci dəqiqələrdə fərqlənən Həmid Ağalarov və Bernard Berişanın qollarına imza atıb. 50-ci dəqiqədə "Dinamo"nun futbolçusu Maksim Balaxonov avtoqola imza atıb.
Paralel keçirilən görüşdə paytaxtın “Lokomotiv”i Bakovkadakı bazasında Moskva “Rodina”sına 0:1 hesabı ilə uduzub. Oyunda yeganə qolu Aleksandr Yuşin vurub.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər