Bütün xəbərlər
Pişik yanğın törədib
Tarix: 16-06-2024 17:17 | Bölmə: Digər

Trans-Baykalın Nerçinsk şəhərində ev sahibləri evdə olmayan zaman onların mənzili yanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğını pişiyin naqilləri çeynəməsi ilə başlayıb.
Yanğınsöndürənlər yanğını söndürərkən huşsuz vəziyyətdə uzanan pişiyi görüblər. Onu təmiz havaya çıxarıblar. Mənzilə baxış keçirildikdən sonra yanğının səbəbi müəyyən edilib. Pişik elektrik naqillərini çeynədikdən sonra qısaqapanma baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında ev heyvanlarının onlara çata bilməməsi üçün naqillərin çıxarılmasını tövsiyə edib.



Baxış sayı: 233


Bölməyə aid digər xəbərlər