Çərşənbə, 14 may 2025, 15:59:10  
Son xəbərlər:
Bütün xəbərlər
Soçi dağlarında itkin düşən turisti axtarırlar
Tarix: 06-06-2024 16:40 | Bölmə: Digər


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Soçi xilasediciləri meşəyə gəzintiyə çıxan və geri qayıtmayan gənci ikinci gündür axtarırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, 22 yaşlı gənc Alek silsiləsi ərazisindəki meşəyə gəzintiyə çıxıb və onunla əlaqə kəsilib.
Xilasedicilər artıq silsilənin yamaclarına və Soçi çayının sahilinə baxış keçiriblər, lakin hələlik nəticə yoxdur.
Turistin Fövqəladə Hallar Nazirliyinə səfərini qeydiyyatdan keçirmədiyi qeyd olunur.
Axtarışlara 34 mütəxəssis və səkkiz texnika cəlb olunub.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər