Bütün xəbərlər
Kobe Brayantın forması 1,2 milyon dollara satılıb
Tarix: 04-06-2024 21:53 | Bölmə: Digər

Helikopter qəzasında həlak olan amerikalı basketbolçu Kobe Brayantın forması hərracda 1,2 milyon dollara satılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti bu barədə Goldin hərrac evinə istinadən yazır. Agentliyin məlumatına görə, bu formanı Los Angeles Lakers basketbolçusu 2013-cü ilin aprelində Golden State Warriors ilə matçda (118:116) Axilles vətərinin qopması zamanı geyinib.
26 yanvar 2020-ci ildə 41 yaşlı Brayantı və onun 13 yaşlı qızı Giannanı daşıyan şəxsi helikopter Los-Anceles yaxınlığında qəzaya uğradı.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) daha sonra bildirib ki, qəzaya pilotun qalın buludlar arasında məkan yönümünü itirməsi səbəb olub.
2022-ci ilin yanvarında faciənin baş verdiyi yerdə Brayant və qızı üçün abidə ucaldılıb.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər