Bütün xəbərlər
PSJ və "Krasnodar" Safonovun transferi ilə bağlı danışıqlar aparır
Tarix: 22-05-2024 20:39 | Bölmə: Digər

"Krasnodar"ın qapıçısı Matvey Safonov karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxtın "Pari Sen-Jermen" klubu 25 yaşlı rusiyalının xidmətində maraqlıdır.
"Çempionat.com" vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir ki, tərəflər danışıqlara bir neçə həftə əvvəl başlayıb. Nəşrin məlumatına görə, son günlər “Krasnodar” və PSJ transferə yaxınlaşıb, lakin hələlik heç nə razılaşdırılmayıb.
Safonov "Krasnodar"ın məzunudur. "Bulls"un əsas komandasının tərkibində 174 matçda iştirak edən Matvey 208 qol buraxıb və 52 oyunda qapısını təmiz saxlayıb. Qapıçının Rusiya millisində də 13 oyunu var.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər