Bütün xəbərlər
Buryatiyada Monqolustanla sərhədə yaxın ərazidə yük vaqonları relsdən çıxıb
Tarix: 12-05-2024 20:10 | Bölmə: Digər

Buryatiyada yük vaqonlarının relsdən çıxmasından sonra Şərqi Sibir dəmir yolunda qatarların hərəkəti dayandırılıb, Şərqi Sibir Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 12-də saat 17:15 (Moskva vaxtı ilə 12:15) radələrində, Monqolustanla sərhəd yaxınlığındakı eyniadlı kəndin Nauşki stansiyasında baş verib. Departamentdən neçə vaqonun relsdən çıxması və hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.
Ölən və ya xəsarət alan olmasa da, bu hissədə qatarların hərəkəti dayandırılıb. Ulan-Udedən hadisə yerinə bərpa qatarı gedir; o, təxminən 240 kilometr məsafə qət etməlidir.



Baxış sayı: 253


Bölməyə aid digər xəbərlər