Bütün xəbərlər
Emerinin rəhbərlik etdiyi “Aston Villa” Konfrans Liqasında evdə “Olimpiakos”a uduzub
Tarix: 03-05-2024 10:56 | Bölmə: Digər

Konfrans Liqasının 1/2 final mərhələsinin ilk oyununda İngiltərənin “Aston Villa” klubu Birmingemdəki doğma stadionu meydanında Yunanıstanın “Olimpiakos” klubuna 2:4 hesabı ilə uduzub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, matç zamanı ingilislər 0:2 hesabı ilə geri qayıtsalar da, hesabda önə keçə bilməyiblər. Qaliblər üçün Ayoub El-Kaabi het-trik (16, 29 və 56-cı dəqiqələr), Santyaqo Esse də bir dəfə fərqlənib (67).
Meydan sahiblərinin qollarını Olli Uotkins (45+1) və Mussa Diabi (52) vurub.
Qarşıdurmanın cavab oyunu gələn cümə axşamı, mayın 9-na təyin edilib və Yunanıstanın Pirey şəhərində baş tutacaq.



Baxış sayı: 283


Bölməyə aid digər xəbərlər