Bütün xəbərlər
Haalandın qolu ⅦMan City"yə "Nottingham Forest"i məğlub etməyə kömək etdi
Tarix: 28-04-2024 21:45 | Bölmə: Digər


Futbol üzrə İngiltərə çempionatının 35-ci turunun matçında “Mançester Siti” səfərdə “Nottingem Forest”i darmadağın edərək, rəqib qapısına iki cavabsız qol göndərib – 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblərin qollarını 32 və 71-ci dəqiqələrdə Yoşko Qvardiol və Erlinq Haaland vurub. Kevin De Bruyne iki məhsuldar ötürmə edib.
“Mançester Siti” ardıcıl 5-ci qələbəsini qazanıb və 79 xalla turnir cədvəlində “Arsenal”dan bir xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, “vətəndaşlar”ın əlində bir oyun var. “Nottingem Forest” 26 xalla 17-ci yerdədir.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər