Bütün xəbərlər
Londonda Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu
Tarix: 24-04-2024 15:31 | Bölmə: Digər

Londonun Westminster bölgəsində Kral At Mühafizəsinin bütün qaçan atları tutuldu, polis bu barədə X sosial şəbəkəsində məlumat verdi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polis sosial mediada Londonda qaçan beş atın hamısının tapıldığını təsdiqləyib.
Bundan əvvəl “Teleqraf” qəzeti xəbər vermişdi ki, şəhərin mərkəzində atlı gözətçi təlimi zamanı beş at mühafizəçilərdən atılaraq müxtəlif istiqamətlərə qaçıb. Yerli KİV-in məlumatına görə, 4 nəfər xəstəxanaya yerləşdirilib. Heyvanlardan biri avtobusa çırpılaraq qabaq şüşəni sındırıb, digəri isə avtomobilə çırpılıb.
Hazırda atlar tutulub və onlara lazımi tibbi yardım göstərilir.




Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər