Bütün xəbərlər
Namizədlər Turniri: Hindistanlı Qukeş qalib gəldi
Tarix: 22-04-2024 08:15 | Bölmə: Digər


Torontoda keçirilən şahmat üzrə namizədlər turnirinin qalibi Hindistandan olan 17 yaşlı idmançı Dommaraju Qukeş olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hindistanlı 9 xal toplayaraq amerikalı Hikaru Nakamura ilə bərabərə qalıb. Nakamura ikinci yeri tutub.
Üçüncü yerdə amerikalı Fabiano Karuana ilə bərabərə qalan rusiyalı Yan Nepomnyaşidir. Sonneborn-Berger əmsalı baxımından sonuncu dördüncü yeri tutdu.
Qeyd edək ki, rusiyalı idmançı heç bir məğlubiyyəti olmayan yeganə şahmatçı olub - 3 qələbə, 11 heç-heçə.
Dommaraju Qukeş bu il hazırkı dünya çempionu çinli Dinq Lirenlə dünya şahmat tacı uğrunda mübarizə aparacaq.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər