Bütün xəbərlər
"Monako"nun futbolçusu Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qoyub
Tarix: 18-04-2024 14:51 | Bölmə: Digər

"Monako"nun rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "L'Equipe" xəbər verir. Nəşrin məlumatına görə, rusiyalı məşq zamanı topuğundan zədə alıb. Futbolçuya tam sağalmaq üçün ən azı beş həftə vaxt lazım olacaq.
Bu mövsüm Aleksandr "Monako"nun heyətində bütün turnirlərdə 27 oyunda iştirak edib, altı qol vurub və altı məhsuldar ötürmə verib.
Fransa çempionatının 28 oyunundan sonra moneqasklılar 52 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Növbəti mərhələdə Adi Hütterin yetirmələri aprelin 21-də turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Brest”lə qarşılaşacaq.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər