Bütün xəbərlər
ÇSKA ilk dəfə həndbol üzrə Rusiya kubokunun qalibi olub
Tarix: 14-04-2024 21:18 | Bölmə: Digər

Permdə kişi komandaları arasında həndbol üzrə Rusiya kubokunun finalı baş tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, burada yerli Perm Ayıları və Moskva ÇSKA iştirak edirdi. Qələbəni paytaxt təmsilçisinin həndbolçuları qazanıb.
Həlledici görüş 34:32 hesabı ilə ordu komandasının xeyrinə başa çatıb. ÇSKA üçün ən böyük performansı Yulian Girik və Daniil Şişkarev göstəriblər. Onların hər birinin 8 dəqiq atışı var.
Görüşün ən məhsuldar oyunçusu 9 qol vuran "Perm ayıları"nın futbolçusu Dmitri Svistunov olub.
Turnirin bürünc mükafatçısı “Çexovun ayıları” olub. Moskva vilayətinin klubu üçüncü yer uğrunda görüşdə Krasnodar SKİF klubunu məğlub edib. Görüş 41:25 hesabı ilə başa çatıb.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər