Bütün xəbərlər
"Liverpul" "Enfild"də "Kristal Pelas"a uduzaraq, məğlubiyyətsizlik seriyasına son qoyub
Tarix: 14-04-2024 20:08 | Bölmə: Digər

İngiltərə Premyer Liqasının 33-cü turunun "Enfild" stadionunda "Liverpul"un "Kristal Pelas"ı qəbul etdiyi matç başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçuları sensasiyalı qələbə qazanıb.
Görüş 1:0 hesabı ilə "Palas"ın xeyrinə başa çatıb. Londonluların yeganə qolunun müəllifi yarımmüdafiəçi Ebereçi Eze olub. Top 14-cü dəqiqədə mersisaydlıların qapısına göndərildi.
Beləliklə, "Liverpul" Premyer Liqa cədvəlində birinci yerə qayıtmaq fürsətini əldən verdi. Yurgen Kloppun komandasının aktivində hələ də 71 xal var ki, bu xalla klub üçüncü yerdədir.
“Kristal Pelas” 33 xal toplayıb və 14-cü pilləyə yüksəlib.




Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər