Bütün xəbərlər
Pol Eşvort “Spartak”ın texniki direktoru vəzifəsini tərk edib
Tarix: 11-04-2024 22:16 | Bölmə: Digər

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ingilis mütəxəssis Pol Eşvort Moskvanın "Spartak" futbol klubunda texniki direktor vəzifəsini boşaldıb.
"Biz Paula həyata keçirdiyi layihələrə görə təşəkkür edirik və ona gələcəkdə uğurlar arzulayırıq", - "qırmızı-ağ"ların mətbuat xidməti bildirir.
Mütəxəssis əvvəllər klubda idman direktoru vəzifəsini də icra edib.

Xatırladaq ki, Rusiya çempionatının 22 oyunundan sonra “Spartak” 35 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Premyer Liqanın növbəti turunda moskvalılar aprelin 13-də səfərdə Soçi komandası ilə qarşılaşacaq.




Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər