Bütün xəbərlər
Velosiped üzrə Rusiya çempionu Tsateviç 34 yaşında vəfat edib
Tarix: 08-04-2024 16:34 | Bölmə: Digər

Velosiped üzrə Rusiya çempionu, Rusiya yığmasının üzvü Aleksey Tsateviç 34 yaşında dünyasını dəyişib. İdmançının ölüm səbəbləri barədə məlumat verilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Velosiped İdmanı Federasiyası Tsateviçin ölümü ilə bağlı məlumat yayıb. "Dərin təəssüf hissi ilə bildiririk ki, velosiped idmanı üzrə beynəlxalq idman ustası Aleksey Vladimiroviç Tsateviç qəflətən dünyasını dəyişib. FVSR onun ailəsinə, dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir", - Federasiyanın Telegram kanalında deyilir.
Karyerası ərzində Tsateviç qrup yarışında Rusiya çempionluğunu qazandı və şosse yarışlarında Rusiya velosiped komandasının üzvü kimi yarışdı. Onun oynadığı komandaların siyahısına “Katyuşa” və “Qazprom-Rusvelo” daxildir.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər