Bütün xəbərlər
Moskva sahilindəki mənzildə iki meyit tapılıb
Tarix: 05-04-2024 13:52 | Bölmə: Digər

Paytaxtın şimal-qərb hissəsində, Moskva çayının sahilində yerləşən yaşayış binasında dəhşətli kəşf edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şəhər prokurorluğunun cümə günü idarənin verdiyi məlumata görə, Karamışevskaya sahilindəki mənzildə iki meyit tapılıb.
Hazırda kişi və qadının ölüm səbəbləri müəyyən edilir, məhkəmə-tibbi ekspertizası təyin edilib.
Ölənlərin tapılması ilə bağlı aparılan istintaqın gedişi Xoroşevski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər