Bütün xəbərlər
Rusiya millisinin futbolçuları Ekvador yığmasını məğlub ediblər
Tarix: 04-04-2024 21:06 | Bölmə: Digər

Türkiyədə Rusiya və Ekvador qadın komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ruslar 4:0 hesabı ilə böyükhesablı qələbə qazanıblar.
Rusiya millisinin heyətində Nadejda Smirnova (29-cu dəqiqə, penaltidən), Anna Belomyttseva (38), Veronika Kuropatkina (40) və Marina Fedorova (76) fərqlənib.
Rusiya və Ekvador milliləri arasında ikinci oyun aprelin 8-nə təyin edilib. Oyun Moskva vaxtı ilə saat 18:00-da başlayacaq.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər