Bütün xəbərlər
Zambiyada qəzəbli fil turistlərin olduğu avtomobilə hücum edib
Tarix: 04-04-2024 12:32 | Bölmə: Digər

80 yaşlı amerikalı turist Zambiyada səfəri zamanı qəzəbli filin hücumu nəticəsində dünyasını dəyişib, "The Mirror" yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə martın 30-da Kafue Milli Parkında baş verib. Fil maşını görüb və onu təqib etməyə başlayıb. Bir anda maşın dayanır və heyvan dərhal altı nəfərlik qrupa hücum edir, yük maşınını xortumu ilə qaldıraraq aşırır. Camaat qışqıraraq fili qorxutmağa çalışsa da, bunun heç bir təsiri olmayıb.
Nəticədə ABŞ-dan olan yaşlı turist ölüb, bir qadın ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, 4 nəfər isə yüngül bədən xəsarətləri alıb.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər