Bütün xəbərlər
PSJ Neymarın dublu sayəsində "Conbuk"u darmadağın etdi
Tarix: 03-08-2023 16:00 | Bölmə: Digər


Fransanın "Paris Sen-Jermen"i yoldaşlıq görüşündə Cənubi Koreyada yerli "Çonbuk"u məğlub edərək, rəqib qapısına üç cavabsız top keçirib - 3:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər üçün 40 və 83-cü dəqiqələrdə Neymar dubla imza atıb, 88-ci dəqiqədə isə Marko Asensio bir dəfə fərqlənib, ona elə həmin Neymar kömək edib.
Parislilər mövsümöncəsi turda ilk qələbəsini qazanıb. Bundan əvvəl PSJ İtaliyanın "İnter"inə (1:2) və Yaponiyanın "Sereso"suna (2:3) uduzub.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər