Bütün xəbərlər
"Barselona" Jül Kundeni satmağa hazırdır
Tarix: 23-05-2023 21:33 | Bölmə: Digər


Fransalı müdafiəçi Jül Kunde "Barselona"nı tərk edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu onlardan mərkəzdə yox, müdafiənin sağ cinahında istifadə olunmasından narazıdır.
“Barselona” isə öz növbəsində Kundanı satmağa hazırdır. İspaniya çempionu futbolçunu 80 milyon avroya satacağını gözləyir.
"Bavariya" Kundeni almaqda maraqlıdır. Münhen baş məşqçisi Tomas Tuxel "Çelsi"nin baş məşqçisi olanda Jüli görmək istəyirdi, lakin fransız özü "Barselona"ya keçməyi seçdi.
Jules Kunde "Barselona"ya ötən yay "Sevilya"dan 50 milyon avroya alınıb. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Jules bu mövsüm "Barselona"nın heyətində 27 oyuna çıxıb və 1 qol vurub.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər