Bütün xəbərlər
Mayın 4-də hər bir məktəbdə Qələbə bayrağı qaldırılacaq
Tarix: 02-05-2023 23:51 | Bölmə: Digər


Mayın 4-də Rusiya məktəblərində dövlət bayrağının və Qələbə bayrağının ucaldılması ilə bağlı təntənəli mərasimlər keçiriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov prezident Vladimir Putinlə görüşündə bildirib. Tədbir “Rossiya 24” telekanalı və “Lookout” media platforması tərəfindən yayımlanıb.
“Hər bir məktəbdə, kollecdə, pedaqoji universitetdə dövlət bayrağının və Qələbə bayrağının ucaldılması ilə bağlı təntənəli mərasimlərin keçirilməsi nəzərdə tutulur”, - deyən nazir bildirib ki, Böyük Vətən Müharibəsi və Qələbə Gününə həsr olunmuş “Vacib şeylərdən danış” dərsləri keçiriləcək.
Bundan əvvəl Rusiya Uşaq və Gənclər Mərkəzi məlumat vermişdi ki, mayın 4-də məktəblərdə bütün dərslər Qələbənin 78-ci ildönümünə həsr olunmuş təntənəli toplantı ilə başlayacaq. Bundan sonra da təhsil müəssisələrində “Ölməz alay” aksiyası formatında bayram tədbirləri keçiriləcək. Bu il təhlükəsizlik baxımından bu aksiya küçə yürüşü formatında keçirilməyəcək.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər