Bütün xəbərlər
Bakıda mənzildən rəsm əsəri oğurlanıb
Tarix: 09-07-2018 13:31 | Bölmə: Digər

                   

Bakıda mənzildən rəsm əsəri oğurlayan şəxs tutulub. 
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərin birindən rəsm əsəri oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Həsən Hacıyev saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.


Baxış sayı: 733


Bölməyə aid digər xəbərlər