Bütün xəbərlər
Şəhər sovetinin deputatı saxlanılıb
Tarix: 07-02-2025 20:32 | Bölmə: Cəmiyyət

Dağıstanda Dərbənd şəhər sovetinin deputatı Rövşən Ömərov saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, immiqrasiya qanunlarını pozmaqda, xüsusən də əcnəbilərin respublikada qanunsuz qalmasının təşkilində şübhəli bilinir.
Saxlanılan şəxsin yaşadığı ünvanda axtarışlar aparılıb. Onun özü də dindirilmək üçün aparılıb.
Deputat Ömərov əvvəllər birmərtəbəli yaşayış binasının olduğu yerdə ticarət mərkəzi tikməklə tanınır. Orada dörd mənzil var idi. Üçünü Ömərov aldı, amma dördüncüsünün sahibi olan qadın onu satmaqdan imtina etdi. Ticarət mərkəzi isə qadının mənzilinin ətrafında tikilib. Beləliklə, o, özünü tikilmiş binanın içərisində "divarda" tapdı.
RİA Novosti-nin məlumatına görə, 2024-cü il fevralın sonunda Ömərova qarşı dələduzluq və özbaşınalıq maddəsi ilə cinayət işi açılıb.
TASS xəbər verir ki, Dağıstanın rəhbəri Sergey Melikov insidenti hədsiz adlandırıb və Dərbənddə ticarət mərkəzinin tikintisi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər