Bütün xəbərlər
Gimnaziyaya hücum edən 23 milyon rubl cərimələnəcək
Tarix: 29-01-2025 11:25 | Bölmə: Cəmiyyət

Kazan şəhər 175 saylı gimnaziyada 9 nəfəri qətlə yetirməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlnaz Qalyaviyevin barəsində məhkəmə icraçıları xidməti icraata başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novostinin məhkəmə sənədlərinə istinadən məlumatına görə, ümumilikdə 23 milyon rubldan çox vəsaitin yığılması planlaşdırılır.
Qeyd olunur ki, mənəvi ziyana görə 20,1 milyon rubldan çox, icra rüsumlarına görə 1,6 milyon rubl, habelə əmlakla bağlı digər cərimələrə görə 1,4 milyondan çox pul yığılacaq.
2021-ci ilin mayında 19 yaşlı İlnaz Qalyaviyev oxuduğu gimnaziyada partlayış və atışma törədib, nəticədə 7 uşaq və iki müəllim ölüb, 24 nəfər yaralanıb. Tatarıstanın Ali Məhkəməsi Qalyavievi ömürlük həbs cəzasına məhkum edib.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb