Bütün xəbərlər
Atasının üstünə benzin tökərək yandırıb
Tarix: 15-07-2024 11:39 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə şöbəsindən verilən məlumata görə, Maqnitoqorskda qısqanclıq zəminində atasını az qala diri-diri yandıran 35 yaşlı kişi saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, münaqişə iyulun 14-də günorta saatlarında Maşinostroitel SNT-dəki bağ evində baş verib. Kişilər ortaq dost üstündə mübahisə ediblər və dava təkcə sözlə bitməyib. Oğul atasının üzünə bir neçə zərbə vurub, daha sonra onun üstünə kanistrdən benzin töküb və alışqanla yandırıb. Qonşular 55 yaşlı kişini qəti ölümdən xilas ediblər: onlar alovu söndürüb və həkimləri çağırıblar.
Zərərçəkmiş çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, oğlu isə hadisə yerində saxlanılıb. Onun təqsirini etiraf edib-etmədiyi açıqlanmır. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər