Bütün xəbərlər
Rostov vilayətində neft bazasında baş verən yanğının sahəsi 200 kvadratmetrə çatıb
Tarix: 13-07-2024 10:28 | Bölmə: Cəmiyyət

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Tsimlyanski rayonundakı neft bazasındakı vəziyyətlə bağlı son məlumatları verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, son məlumata görə, yanğın 200 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürmə qatarı gəlib və bu, yanğınsöndürmə qrupunun imkanlarını gücləndirəcək.
Xatırladaq ki, şənbə günü səhər saat 4 radələrində düşmənin pilotsuz uçan aparatının hücumu nəticəsində neft bazasında yanğın baş verib.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, yanğının söndürülməsi davam edir.
Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi bir gecədə Ukraynanın 4 pilotsuz uçuş aparatının vurulduğunu bildirmişdi. Hava hücumundan müdafiə ekipajları üç bölgədə işləyirdi: Rostov, Belqorod və Kursk bölgələri.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər