Bütün xəbərlər
Sərxoş turist döyülüb
Tarix: 12-06-2024 10:55 | Bölmə: Cəmiyyət

Soçi polisi şəhərin mərkəzində sərxoş turistin döyülməsi ilə bağlı araşdırma aparır, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ötən həftəsonu baş verib, ancaq video görünəndən sonra məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, həddindən artıq spirtli içki qəbul edən ər-arvad əvvəlcə Platanovaya xiyabanında əcnəbilərlə, daha sonra isə yerli sakinlərlə mübahisə edib. Mübahisə tez bir zamanda qarşıdurmaya çevrilib və bu zaman yarıçılpaq şəxs başına bir neçə zərbə endirilib, daha sonra isə ona qarşı qaz spreyindən istifadə olunub.
Nəticədə Rusiyanın kurort paytaxtının döyülmüş qonağı polis bölməsinə aparılıb, onun rəqibləri hələ də saxlanılmayıb.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb