Bütün xəbərlər
Baş verən yanğında qardaş və bacı ölüb
Tarix: 30-05-2024 12:23 | Bölmə: Cəmiyyət

Şəhərin Çexov rayonunda fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iki yeniyetmə ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən məlumat verilib.
Yanğın mayın 29-da səhər saatlarında Botvinino kəndində baş verib. Səbəb, ilkin məlumatlara görə, evdə quraşdırılmış akkumulyatorlardan yanar materialların alışması olub.
Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər 12 və 17 yaşlı qardaş və bacının yanmış meyitlərini aşkar ediblər.
Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Müstəntiqlər hadisə yerinə baxış keçirərkən 3 ədəd akkumulyator parçası və elektrik lövhəsi götürüblər. Tibbi və yanğın-texniki məhkəmə-tibbi ekspertizaları da təyin edilib.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər
22-06-2024, 13:19 İki uşaq kanalda boğulub
12-06-2024, 10:55 Sərxoş turist döyülüb