Bütün xəbərlər
Türkiyədə məhkəmə rus qadını öldürməkdə şübhəli bilinən suriyalıya bəraət verib
Tarix: 27-05-2024 22:00 | Bölmə: Cəmiyyət

Türkiyənin Ərzurum məhkəməsi nişanlısı rusiyalı Anastasiya Emelyanovanı qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Nizar Arnabeyə bəraət verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, DHA-nın məlumatına görə, suriyalıya dəlil olmadığı üçün bəraət verilib.
32 yaşlı Emelyanova ötən ilin sentyabrında Ərzurumda bir mənzilin döşəməsində ölü tapılıb. Qız aldığı bıçaq yaraları nəticəsində qan itirdiyindən dünyasını dəyişib.
Sistem inzibatçısı işləyən Emelyanova ölümündən 8 ay əvvəl qəhvəxanada barista işləyən 29 yaşlı Suriya vətəndaşı Arnabe ilə tanış olub. Müstəntiqlərin sözlərinə görə, qızın öldüyü gün onlar arasında mübahisə düşüb.
Arnaba qəsdən adam öldürmə ittihamı ilə ömürlük həbs cəzası ilə üzləşib. O, məhkəmə zalında sərbəst buraxılıb.





Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər