Bütün xəbərlər
Baxımsız qalan körpə bataqlıqda boğulub
Tarix: 18-05-2024 19:55 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin regional baş idarəsi bildirib ki, faciəli hadisə mayın 18-də, şənbə günü Krasnoyarsk diyarının Açinski rayonunda baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər müəyyən edildiyinə görə, Şetinkino bağçılıq cəmiyyətində atası, anası və böyük bacısı ilə bağçada olan üç yaşlı uşağı qısa müddətə nəzarətsiz qoyublar.
Uşaq ərazidən çıxıb, kiçik gölməçəyə düşüb və boğulub.
Qadın oğlunun yoxluğunu o getdikdən bir neçə dəqiqə sonra bilsə də, onu tez tapa bilməyib qonşuları cəsədi tapıblar.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb, araşdırmalara başlanılıb.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər