Bütün xəbərlər
Sankt-Peterburqda akademiyanın ərazisində baş verən partlayış nəticəsində 7 hərbçi yaralanıb
Tarix: 17-05-2024 23:06 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqda Budyonnı adına Hərbi Rabitə Akademiyasının ərazisində baş verən partlayış nəticəsində 7 hərbçi yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisəsinə yerləşdirilib.
Leninqrad Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindən qalma 76 mm-lik sursat təsadüfi partladılıb.
Fövqəladə hadisə mayın 17-də saat 20:00 radələrində akademiyanın təsərrüfat ərazisində işçilər zirzəmilərdən birini təmizləyərkən baş verib. Partlayış zirzəmidən çıxarılan zibil konteynerə yüklənərkən baş verib.
Hazırda hadisə yerində Leninqrad Hərbi Dairəsinin komandanlığının nümayəndələri işləyir, RİA Novosti yazır.


Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər