Bütün xəbərlər
Metro vaqonunda güclü təsiredici maddədən istifadə edən gənci saxlayıblar
Tarix: 06-04-2024 13:46 | Bölmə: Cəmiyyət


Metropoliten polisi əməkdaşları metroda münaqişə zamanı güclü təsiredici maddədən istifadə edən gənci saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva metrosunun Sokolniçeskaya xəttində çoxlu sərnişin sıxlığı ilə baş verən insident barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Qatar vaqonunda iki kişi arasında münaqişə baş verib. Lubyanka stansiyasında dava iştirakçılarından biri platformaya çıxıb, lakin sonra geri qayıdıb, sprey qutusundan rəqibinin istiqamətinə naməlum maddə çiləyib və qaçmağa cəhd edib.
Hücumçu uzaq qaça bilməyib. O, polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Gəncə qarşı “Xuliqanlıq” maddəsi ilə cinayət işi başlanıb.
Şübhəli şəxsdən içərisində güclü təsiredici maddə olan maye olan aerozol qabı götürülüb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər