Bütün xəbərlər
Yekaterinburqda ticarət mərkəzində baş verən yanğınla əlaqədar 2 min insan təxliyə edilib
Tarix: 05-04-2024 12:48 | Bölmə: Cəmiyyət

Cümə günü yerli vaxtla günorta radələrində Yekaterinburqun Metallurqov küçəsində yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, hadisə ticarət və əyləncə mərkəzinin binasında baş verib.
Ticarət mərkəzindən 107-si azyaşlı olmaqla 2 minə yaxın insan təxliyə edilib. Zərərçəkənlərin sayı və dəymiş ziyan barədə məlumat yoxdur.
Sonradan məlum oldu ki, havalandırma kamerasında yağ çöküntüləri alovlanıb.
Yanğınsöndürmə bölməsinə hadisə barədə siqnal daxil olduqdan sonra 43 xilasedici 13 texnikadan istifadə etməklə hadisə yerinə gedib.




Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər