Bütün xəbərlər
Hollandiyada girovlar azad edildi, şübhəli nəzarətə alındı
Tarix: 30-03-2024 16:47 | Bölmə: Cəmiyyət

Ede şəhər polisi kafedə insanları saxlayan təcavüzkarın əlindən sonuncu girovun azad edildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Hollandiyanın Gelderland əyalətinin polisinin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə qüvvələri şənbə günü kafedə ələ keçirilən bütün girovları azad edə bilib.
Şübhəli saxlanılıb, ortaqlarının olub-olmadığı barədə məlumat verilmir. Hadisəni törədən şəxsin motivləri də məlum deyil.
Bundan əvvəl xəbər verilmişdi ki, martın 30-da Hollandiyanın Ede şəhərindəki kafedə kafeyə gələn bir neçə nəfər girov götürülüb. Sonradan məlum oldu ki, onlardan üçü bir müddət sonra sərbəst buraxılıb.
Yerli mənbələr hücumçunun yanında partlayıcı qurğunun ola biləcəyini və əlində 4-5 nəfərin olduğunu bildirib. Bu xəbərlər hələ ki, polis tərəfindən təkzib və ya təsdiqlənməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı məlumat aldıqdan dərhal sonra kafenin yaxınlığında yerləşən 150 evin sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər