Bütün xəbərlər
Yeni aldığı motosikletdə ölüb
Tarix: 25-02-2024 10:48 | Bölmə: Cəmiyyət

Bir gün əvvəl, gecə yarısına az qalmış Stavropol diyarının Nevinnomıssk şəhərinin Stepan Razin küçəsində ölümlə nəticələnən qəza baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Rokot Spektr” markalı motosikletin sürücüsü idarəetməni itirərək, bordürə çırpılıb və yolun hərəkət hissəsindən çıxıb. Ağır xəsarət alan bayker hadisə yerində dünyasını dəyişib.
Rayon Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının müəyyən etdiyi kimi, 36 yaşlı kişinin ikitəkərli nəqliyyat vasitələrini idarə etmək üçün tələb olunan “A” kateqoriyalı vəsiqəsi olmayıb.
Mərhum qəza baş verən gün motosiklet alıb və ilk gediş onun üçün ölümcül olub.
Bundan əlavə, yol polisi sürücünün dəbilqə və ya digər qoruyucu vasitələrdən istifadə etmədiyini qeyd edib.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər