Bütün xəbərlər
Bıçaqla dostuna hücum edib, tibb bacısını ağac ilə vurub
Tarix: 22-02-2024 20:12 | Bölmə: Cəmiyyət

İstintaq Komitəsinin vilayət şöbəsi xəbər verir ki, Krasnodar diyarının Tixoretski rayonunun sakini az qala tanışını bıçaqlayaraq öldürəcək, sonra isə əlindəki ağacla təcili yardımın feldşerinə hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsvir edilən hadisələr fevralın 17-də baş verib, lakin onlar yalnız indi məlum olub. 44 yaşlı şübhəli ziyafət zamanı dostu ilə mübahisə edib və ona bir neçə bıçaq zərbəsi vurub. Hücum edən şəxs özü həkimləri çağırıb, lakin həkim zərərçəkənə ilkin tibbi yardım göstərərkən o, onun başına ağac ilə zərbə endirib.
Baş vermiş hadisə ilə bağlı sağlamlığa zərər vurma və adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb, hələlik həmin şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Təxminən eyni vaxtda Novorossiyskdə evsiz bir adam kömək üçün şalvarının ayağını kəsməyi planlaşdıran feldşerin qolunu sındırıb.



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər