16:10 / 27-07-2024
Lavrov Malayziyaya gəlib
Bütün xəbərlər
Kişi dostunu bıçaqlayıb
Tarix: 21-02-2024 10:15 | Bölmə: Cəmiyyət

Moskvada paytaxtın şimal-şərqində Altufevskoe şossesində bir nəfərin qətlində şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi açılıb, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, fevralın 20-də Altufevskoye şossesində yerləşən mənzildə 45 yaşlı kişi bıçaqla dostunun boynuna xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb. Münaqişənin səbəbi düşmən münasibətləri olub, İstintaq Komitəsi aydınlaşdırıb.
Qətl faktı ilə bağlı cinayət işi açılıb. Saxlanılan təqsirləndirilən şəxs dindirilmək üçün müstəntiqə aparılıb. Cinayətin baş vermə şəraiti aydınlaşdırılır.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər