Bütün xəbərlər
Ana və oğul qaz balonunu dəyişdirmək istəyərkən xəsarət alıblar
Tarix: 18-02-2024 15:37 | Bölmə: Cəmiyyət

Krasnoyarsk diyarının Partizanskoye kəndində baş verən insident nəticəsində iki nəfər xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları 42 yaşlı qadın və onun 17 yaşlı oğlunun işlənmiş qaz balonunu dəyişdirməyə cəhd etdiyini müəyyən ediblər.
Sakinlər evə təzə silindr gətirərək soyuqda qalmış qabı isti sobanın yanında qoyublar. Bir müddət sonra partlayış baş verib, sonra yanğın başlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, bir yetkin və bir yeniyetmə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər