Bütün xəbərlər
Cinayətkar hamilə qadını zorlayaraq onu beşinci mərtəbədən yerə atıb
Tarix: 12-02-2024 14:52 | Bölmə: Cəmiyyət

Təhlükəsizlik qüvvələri 31 yaşlı dostunu zorlamaqda və öldürməyə cəhddə şübhəli bilinən Həştərxan sakinini saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, cinayət Tatişçeva küçəsindəki mənzildə törədilib. Sərxoş olan şəxs dostunu öldürməklə hədələyib zorlayıb.
“Şübhəli şəxs cinayətin izlərini gizlətmək üçün qadını vurub, sonra onu açıq pəncərədən itələyib, nəticədə o, 5-ci mərtəbənin hündürlüyündən yıxılaraq çoxsaylı bədən xəsarətləri alıb”, - İstintaq Komitəsindən bildirilib.
Həkimlər zərərçəkənin həyatını xilas edə bilsələr də, uşağı xilas edə bilməyiblər.
Cinayətkar qaçmağa çalışsa da, polis əməkdaşları onun qarşısını kəsiblər və təcavüz edən şəxs hazırda həbsdədir.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər