Bütün xəbərlər
Fransada yeniyetmənin qətli ilə bağlı iğtişaşlar başlayıb
Tarix: 26-11-2023 15:04 | Bölmə: Cəmiyyət


Fransanın cənub-qərbində 18 yaşlı yeniyetmənin bıçaqlanma nəticəsində ölməsindən sonra iğtişaşlar başlayıb, polis 20 nəfəri saxlayıb, "France Bleu" radiostansiyası xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Roman-syur-İzer şəhərinin Mone məhəlləsində 50-dən 100-ə qədər insan küçələrə çıxıb. Nümayişçilər ədalət tələb edib, zibil qutularını yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar.
Polis 20 nəfəri saxlayıb, onlardan üçü yüngül xəsarətlər alıb.
Noyabrın 19-na keçən gecə ölkənin cənub-şərqindəki Krepol kommunasında bayram zamanı 16 yaşlı gəncin qətli baş verib. Son məlumatlara görə, polis mütəşəkkil qrup tərəfindən qətl törətməkdə şübhəli bilinən 9 nəfəri ittiham edib. Lakin yeniyetmənin qatil olduğu iddia edilən şəxsin kimliyi rəsmən açıqlanmayıb.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər