Bütün xəbərlər
Moskvada atışma ilə quldurluq edilib, 300 milyon pul oğurlanıb
Tarix: 17-11-2023 22:08 | Bölmə: Cəmiyyət

Metropoliten polisi Moskvanın mərkəzində quldurluq edən bir qrup cinayətkarı axtarır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti agentliyinin öz mənbəsinə istinadən verdiyi məlumata görə, cümə günü axşam saatlarında bir qrup naməlum şəxs paytaxtın mərkəzindəki banklardan birinin yaxınlığında atəş açıb. İlkin məlumatlara görə, təxminən 300 milyon rubl oğurlanıb. Hadisəni törədənlər axtarılır. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
“112” Telegram kanalının məlumatına görə, cinayətkarlar azı 8 dəfə atəş açıblar. İlkin məlumata görə, basqın zamanı bir nəfər yaralanıb. Ehtimal olunur ki, pul ondan oğurlanıb. Şübhəlilər hadisə yerindən “Mercedes” markalı avtomobillə qaçıblar.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər