23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Səs-küylü ad gününə görə irad bildirən kişini məktəbli qız öldürüb
Tarix: 03-06-2023 19:03 | Bölmə: Cəmiyyət


Yaroslavlda məhkəmə gecə səs-küyünə görə irad bildirən adamı öldürməkdə ittiham olunan 15 yaşlı yerli sakini həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BQXK-nın regional İstintaq Komitəsinin məlumatına görə, iyunun 2-nə keçən gecə Frunzenski rayonunun Qonçarova küçəsindəki evlərdən birinin mənzilində yeniyetmələr ad günlərini qeyd ediblər. Evin kirayəçiləri səs-küydən mənzil sahibinə şikayət edərək tədbir iştirakçılarını sakitləşdirməyi xahiş ediblər. Lakin nəsihətlər heç bir nəticə verməyib və 15 yaşlı qızla 41 yaşlı kişi arasında münaqişə ilə yekunlaşıb.
Mübahisə zamanı məktəbli qız rəqibinin sinəsinə bıçaqla xəsarət yetirib - yaranın ölümcül olduğu məlum olub.
İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb, qız saxlanılıb.
İdarədən bildirilib ki, müstəntiqin vəsatəti əsasında məhkəmə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçib.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər