Bütün xəbərlər
Uşaq parkının yaxınlığında baş verən partlayışda kişi və qadın ölüb
Tarix: 16-05-2023 22:36 | Bölmə: Cəmiyyət


İspaniyanın Orio şəhərinin polisi uşaq parklarından birinin yaxınlığında baş verən faciəvi hadisənin səbəblərini öyrənir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Partlayış nəticəsində skamyada oturan iki nəfər ölümcül yaralanıb.
Orio şəhərində bir kişi və bir qadının ölümünə səbəb olan partlayış çərşənbə axşamı saat 17:20-də (Moskva vaxtı ilə 18:20) uşaq parkının yaxınlığında baş verib. İspaniyanın “la Mañana” nəşrinin məlumatına görə, hadisə yerinə yaxın olan insanlar əvvəlcə yüksək səs eşidiblər, daha sonra başından xəsarət almış iki nəfərin cəsədini aşkar ediblər.
Qadının cəsədi skamyada, kişininki isə yerdə idi. Polisin ilkin araşdırmasına görə, partlayıcı qurğunu qurbanlardan biri daşıyıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər