Bütün xəbərlər
Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib
Tarix: 15-12-2017 02:35 | Bölmə: Cəmiyyət

                  Buna həmin binadan özünü yerə ataraq öldürən qardaşının intihar səbəblərinin düzgün araşdırılmaması səbəb olub  

Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib.
Bakı. 15 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.
“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavid Sadiqov beşmərtəbəli binanın damına çıxaraq özünü bıçaqlayıb və büdrəyərək arxaya yıxılıb.
Bu zaman hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu xilas edərək "təcili yardım" maşını ilə yaralı vəziyyətdə xəstəxanaya göndəriblər.
Onun anası "Report"a bildirib ki, C.Sadiqovun bu addımı atmasına cari ilin 21 may tarixində elə həmin binadan özünü yerə ataraq öldürən qardaşının intihar səbəblərinin düzgün araşdırılmamasına etiraz etmək olub.


Baxış sayı: 857


Bölməyə aid digər xəbərlər